Bu gün AMEA-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Elmi Şuranın növbəti onlayn iclası keçirilib.
İclası institutun icraçı direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev açaraq, iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
2022-ci ildə institut laboratoriyalarının təqvim planları və elmi-tədqiqat işləri üzrə fərdi planlar müzakirə edilərək qəbul edilib.
Daha sonra Fiziologiya İnstitutunda fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorant və dissertantlarının attestasiyasının nəticələri iclas iştirakçılarının diqqətinə çatdırılıb, attestasiyanın nəticələri səsvermə yolu ilə təsdiq olunub.
Yekun olaraq iclasda icrası vacib olan məsələlər haqqında tapşırıqlar verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.