2022-ci il 15-17 fevral tarixlərində “Sabahın alimləri” XI Respublika Müsabiqəsi Bakı şəhərində İntel İSEF- Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçirilib. Müsabiqə Azərbaycan Milli Elmlər Akademiyası, AR Təhsil, Gənclər və İdman nazirlikləri, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və “İntel” şirkəti tərəfindən birgə təşkil olunub. Müsabiqənin əsas məqsədi şagirdlərə elmi nailiyyətlərini nümayiş etdirmək imkanı vermək və iştirakçılar arasından ABŞ-da hər il keçirilən Intel ISEF-Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisinə qatılacaq namizədləri müəyyənləşdirməkdir.
AMEA-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda “Bioloji fəal maddələrin farmakologiyası” laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Pərvanə Şükürovanın elmi rəhbərliyi altında hazırlıq keçmiş Bakı şəhəri 200 nömrəli məktəbin şagirdi Məmmədli Nilgün Hicran qızının təqdim etdiyi “Zəfəran bitkisinin reproduktiv sağlamlığa təsiri” layihəsi və 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri – Əlizadə Cavidan Vüsal oğlunun və Əhmədova Səbinə Xudaverdi qızının təqdim etdiyi “Orqanizmin lipid mübadiləsinin təbii mənşəli birləşmələr ilə korreksiyası” layihəsi “Tibb və sağlamlıq” nominasiyası üzrə müvafiq olaraq I və III yerlərə layiq görülmüşdür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.