Bu gün AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda karantin rejiminin qaydalarına əməl etməklə əməkdaşların attestasiyasının keçirilməsinə başlanılıb. Attestasiya institutun icraçı direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyevin sədrliyi ilə keçirilir. Attestasiya komissiyasının tərkibində institutun təcrübəli alimləri ilə yanaşı kadrlar şöbəsinin və həmkarlar komitəsinin nümayəndələri də iştirak edirlər. Komissiyanın üzvü, institutun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Yeganə Bayramova tərəfindən attestasiya olunan işçilərin təcəssümü səsləndirildikdən sonra, komissiya üzvləri tərəfindən işçilərə vəzifəsinə, əmək funksiyasına, yerinə yetirdikləri işlər barədə suallar verilir və müvafiq qərarlar açıq səsvermə yolu ilə çıxarılır.
Attestasiya davam etdirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.