XƏBƏRLƏR Arxiv 1133 Çap et
03.03.2022 / Konfranslar, iclaslar İnstitutda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Həmkarlar Komitəsinin təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun icraçı direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev bu əlamətdar gün münasibəti ilə qadınları təbrik edib. Beynəlxalq Qadınlar gününün yaranma tarixinə nəzər salan Ə.Hacıyev bu bayramın dünyanın əksər ölkələrində qeyd olunduğu, müasir dövrdə qadınların ölkəmizin ictimai-siyasi, elmi-mədəni həyatında xüsusi rolu olduğunu vurğulayıb. Professor qadınlara öz ürək sözlərini çatdıraraq, onlara cəmiyyətdə, ailədə, xalqımızın milli-mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunması yolunda müvəffəqiyyətlər arzu edib.

Sonda institutun qadın əməkdaşlarına bayram münasibətilə hədiyyələr təqdim edilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.