XƏBƏRLƏR Arxiv 1300 Çap et
05.03.2022 / Konfranslar, iclaslar İnstitutun əməkdaşı beynəlxalq təlimdə iştirak edib

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya institutunun baş meneceri Könül İbrahimova “Tədqiqat etikası və etik komissiyaların fəaliyyəti” mövzusunda keçirilən təlimdə iştirak edib.

Təlimlərə Tibbi-elmi tədqiqat etik komissiyasının üzvü kimi qatılan Könül İbrahimova məlumatında bildirir ki, “Tədqiqat etikası və etik komissiyaların fəaliyyəti” mövzusunda baş tutan tədbir TƏBİB tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi və Türkiyənin Hacettepe Universiteti Bioetika Tədqiqat və Təlim Mərkəzi ilə əməkdaşlıq çərçivəsində keçirilib.

Təlimlərin məqsədindən söz açan K.İbrahimova onu da qeyd edib ki, əsas məqsəd respublikamızda tibb sahəsində tədqiqat etikası istiqamətində olan problemləri həll etmək üçün tədqiqatçıları beynəlxalq araşdırma standartları ilə tanış etmək, sahə üzrə mütəxəssislərin bilik-bacarıqlarını təkmilləşdirmək, müvafiq təlimatlar və metodik tövsiyələr verməkdən ibarətdir.

 

Təlimin sonunda təlim iştirakçıları sertifikatla təltif edilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.