XƏBƏRLƏR Arxiv 1203 Çap et
11.03.2022 / Mühüm hadisələr İnstitut əməkdaşının məqaləsi ABŞ-ın yüksək impakt faktorlu elmi jurnalında çap olunub

10 mart 2022-ci il tarixində AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun “İnteqrativ fəaliyyətin molekulyar əsasları” laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Şövqi Bayram oğlu Hüseynovun məqaləsi dünyada neyroelm sahəsində ən prestijli junallardan biri olan yüksək impakt faktorlu  (7.452) GLIA jurnalında nəşr olunmuşdur.

Bir ildən artıqdır ki, Fulbrayt proqramı üzrə ABŞ-ın Buffalo Universitetinin (Nyu-York ştatı) Fiziologiya və Biofizika Departamentində elmi-tədqiqat işləri aparan Ş.Hüseynov məqaləsinin narkotik asılılıq, bəzi psixonevroloji və neyrodegenerativ xəstəliklərin molekulyar mexanizmlərinin öyrənilməsi istiqamətində apardığı təcrübələrin ilkin mərhələsinin nəticələrinə həsr olunduğunu bildirib. Tədqiqatçı beyində neyronlardan fərqli olaraq qeyri-neyronal hüceyrələr qrupundan olan astrositlərdə energetik proseslərin pozulmasının adı çəkilən xəstəliklərin inkişafında rolunu vurğulayaraq, bu istiqamətdə tədqiqalarını davam etdirdiyini diqqətə çatdırıb. Ş.Hüseynovun tədqiqatları gələcəkdə sözügedən xəstəliklərin müalicəsi, xüsusilə də narkotik asılılığın aradan qaldırılması üçün böyük imkanlar yaradır.

 

https://onlinelibrary.wiley.com/doi/full/10.1002/glia.24169

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.