Bu gün АМЕА-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda “Elm günü”nə həsr edilmiş hibrid formatda tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan İnstitutunun “Təhsil” şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Sevinc Mikayılova institutda aparılan elmi-tədqiqatların istiqamətləri barədə məlumat verib, elmin inkişafında gənclərin üzərinə düşən mühüm vəzifələrdən söz açıb.
Daha sonra İnstitutun “İmmunofiziologiya və eksperimental transplantologiya” laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru X.M.Səfixanova tədbiri online olaraq davam etdirib. X.Səfixanovanın “Qocalmanın sirləri” mövzusunda elmi-populyar məruzəsi universitet tələbələri və yuxarı sinif şagirdlərinin marağına səbəb olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.