2022-ci ildə yaz fəsli Azərbaycana martın 20-si saat 19:33-də daxil olacaq.
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan etibarən Şimal yarımkürəsində yaz fəsli başlayacaq.
Qeyd edək ki, Şimal yarımkürəsində yaz fəsli iyun ayının 21-ə qədər davam edəcək. İyunun 21-i saat 13:13-də yay fəsli yazı əvəz edəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirəcək və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olacaq. Həmin gün ən uzun gündüz və ən qısa gecə qeydə alınacaq. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq.
www.science.gov.az