Bu gün АМЕА-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda “Elm günü”nə həsr edilmiş tədbirlər silsiləsindən növbəti hibrid formatda tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan İnstitutunun “Təhsil” şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Sevinc Mikayılova institutda aparılan elmi-tədqiqatların istiqamətləri barədə məlumat verib, elmin inkişafında gənclərin üzərinə düşən mühüm vəzifələrdən söz açıb.
Daha sonra İnstitutun “Ekotoksikologiya” laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sevinc Yusifova tədbiri davam etdirib. S.Yusifovanın “Xəzərin elmi problemləri” mövzusunda elmi-populyar məruzəsi universitet tələbələrinin marağına səbəb olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.