Alimlər xroniki COVID-19 virusu olan xəstəni mRNT-vaksinlə müalicə ediblər.
Onu sağaltmaq üçün peyvəndin iki dozası lazım olub. 37 yaşlı xəstə 218 gün ardıcıl olaraq SARS-CoV-2 üçün müsbət test verib. Eyni zamanda kişidə nadir bir genetik xəstəlik tapılıb.
Yoluxmadan beş ay sonra aparılan qan testləri xəstədə SARS-CoV-2-yə qarşı heç bir anticismin olmadığını göstərib. Buna görə də həkimlər eksperimental müalicə tətbiq etmək qərarına gəliblər.
Onlar xəstəyə təxminən dörd həftə ara ilə iki doza “Pfizer mRNA” peyvəndi vurublar. İlk dozadan sonra 14 gün ərzində PCR testi virusun zəiflədiyini üzə çıxarıb. İkinci dozadan təxminən altı həftə sonra isə onun testi mənfi nəticə göstərib.