Aprelin 15-i görkəmli alim, akademik Zərifə Əliyevanın anım günüdür. Alimin əziz xatirəsini yad etmək üçün Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik İradə Hüseynova və AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, professor Ulduz Həşimovanın rəhbərliyi ilə Zərifə xanımın elmi istiqamətlərini davam etdirən “Görmənin və neyrodegenerativ proseslərin fiziologiyası laboratoriyası”nın müdiri b.e.d. Elmira Pənahova və İnstitutun digər əməkdaşları Fəxri xiyabana gələrək görkəmli oftalmoloq alim, Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əziz qızı Əliyevanın məzarını ziyarət ediblər.
Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə AMEA-nın Fiziologiya İnstitutunda peşə fəaliyyəti ilə əlaqədar görmə analizatorunun fiziologiyası və disfunksiyaları ilə bağlı tədqiqatlar aparılmışdır. Onun təməlini qoyduğu elmi istiqamətlər hal-hazırda institut əməkdaşları tərəfindən davam etdirilir.
Xüsusi ilə qeyd etmək lazımdır ki, dünya şöhrətli görkəmli alim Zərifə Əliyeva yüsək titullarına baxmayaraq, səmimiliyi və sadəliyi ilə İnstutut əməkdaşlarının xatirəsində qalmışdır.
Ziyarətçilər Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarları önünə gül dəstələri düzüb əziz xatirələrini dərin ehtiramla yad ediblər.
Həmcinin ziyarətçilər görkəmli akademik Cəlal Əliyevin məzarını da ziyarət etmişlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.