XƏBƏRLƏR Arxiv 980 Çap et
11.04.2022 / Konfranslar, iclaslar Sinqapur alimləri təkrar istifadə oluna bilən kağız hazırlayıblar

Sinqapurun Nanyang Texnoloji Universitetinin mütəxəssisləri təkrar istifadə üçün nəzərdə tutulmuş ekoloji təmiz kağız konsepsiyasını təqdim ediblər.

Bitki tozcuqları əsasında yaradılmış kağız allergiyaya səbəb olmur və tozcuqdan kağız yaratmaq prosesi ətraf mühitə ciddi ziyan vurmur.

İnnovativ materialı sınaqdan keçirən mütəxəssislər kağızın cırılmadan və zədələnmədən printerdən keçdiyini bildiriblər.

Ümumilikdə isə ixtiraçılar faktiki olaraq əbədi kağız yaratdıqlarını qeyd ediblər.

naked-science.ru