XƏBƏRLƏR Arxiv 2161 Çap et
18.12.2019 / Görüşlər Fiziologiya İnstitutunun əməkdaşları ilə 242 №-li məktəbdə görüş keçirildi

Şagirdlərdə yaradıcılıq və elmi tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin aşkarlanması və onlarda elmi dünyagörüşünün formalaşdırılması məqsədi ilə 242 №-li məktəbdə bir sıra tədbirlər görülür.

Elə bu məqsədlə 18.12.2019-cu il tarixində AMEA-nın tərkibində fəaliyyət göstərən Fiziologiya İnstitutunun əməkdaşları biologiya üzrə fəlsəfə doktoru Qaziyev Afik və dissertant, kiçik elmi işçi Aytən Muradova ilə məktəbimizdə görüş keçirildi.  Afik Qaziyev öz çıxışında tədqiqat işləri, Aytən Muradova  isə öz elmi işi barədə tədbir iştirakçılarına məlumat verdi. Sonda Fiziologiya İnstitunda aparılan elmi tədqiqat işlərini əks etdirən slayd nümayiş olundu. Qonaqlar şagirdlərimizi maraqlandıran sualları cavablandırdılar.Görüş tədbir iştirakçılarının böyük marağına səbəb oldu.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.