XƏBƏRLƏR Arxiv 1092 Çap et
13.04.2022 / Maraqlı məlumatlar Amerika alimləri mövsümi məqsədlər üçün istifadə oluna bilən akkumulyator hazırlayıblar

Amerikalı mütəxəssislər enerjini səmərəli şəkildə aylarla saxlaya bilən akkumulyator hazırlayıblar.

ABŞ Enerji Departamentinin alimləri mövsümi məqsədlər üçün istifadə oluna bilən akkumulyator yaratmağa çalışıblar. Məsələn bir batareya yazda enerji toplaya bilər, onu qoruya bilər və sonra payız-qış dövründə paylaya bilər.

Laboratoriya şəraitində yaradılan akkumulyator 12 həftəlik yuxudan sonra 92 faiz enerji tutumunu saxlayıb. Belə akkumulyatorlar il ərzində bir və ya iki dəfə doldurulub boşaldılacağı üçün uzun illər istifadə üçün nəzərdə tutulub.

lenta.ru