XƏBƏRLƏR Arxiv 1271 Çap et
22.04.2022 / Maraqlı məlumatlar NASA 1000 dərəcədən yuxarı temperatura davam gətirən material hazırlayıb

NASA tədqiqatçıları ekstremal temperatur zamanı dayanıqlı yeni metal ərinti hazırlayıblar.

Onun keyfiyyətlərinə müasir ərintilərdən daha möhkəm, iki dəfə böyük və daha yüksək elastikliyə malik olması aiddir.

Tədqiqatçılar belə materialı yaratmaq üçün materialın termodinamik xarakteristikalarının hesablanması məqsədilə tətbiq olunan riyazi modelləşdirmənin qabaqcıl metodlarından, onun istehsalı üçün isə 3D-çap texnologiyasından istifadə ediblər.

Mütəxəssislər təxminən 30 simulyasiyadan sonra ərintinin optimal konstruksiyasını əldə edə biliblər. Bu simulyasiyaların aparılması əvvəllər illər tələb etsə də, hazırda bir neçə həftəyə uğurlu nəticələr əldə edilib. GRX-810 adını almış ərinti müasir materiallarla müqayisədə, böyük istismar üstünlükləri nümayiş etdirib.

Ərinti, hətta 1000°C-dən yuxarı temperaturda belə öz möhkəmliyini itirmir.

NASA bu maaterialdan təyyarələrdə və raketlərdə istifadə etməyi planlaşdırır.

pompech.ru