XƏBƏRLƏR Arxiv 1434 Çap et
06.05.2022 / Konfranslar, iclaslar “Azərbaycanın elm və mədəniyyət mərkəzi – Şuşa” mövzusunda beynəlxalq konfrans keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası  Elm Tarixi İnstitutunda "Azərbaycanın elm və mədəniyyət mərkəzi-Şuşa" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransda AMEA-nın İctimai Elmlər Bölməsinə daxil olan  təşkilatlarla yanaşı digər eımi müəssisələrin alimləri də fəal iştirak ediblər. Konfransda Azərbaycan diaspora nümayəndələrindən İstanbul-Azərbaycan Dostluq Dərnəyinin sədri Xuraman Ağasoy, diaspor məsələləri üzrə ekspert, “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin təsisçisi, tarix üzrə fəlsəfə doktoru Yahya Babanlı da iştirak edərək, mövzu ətrafında fikirlərini bildiriblər.

AMEA-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, professor Ulduz Həşimovanın “Shusha as a population longevity hotspot” mövzusunda təqdim etdiyi məruzə auditoriyanın geniş marağına səbəb olmuş və məruzəçi verilən çoxsaylı sualları  cavablandırmışdır.

Professor Ulduz Həşimova çıxışında populyasiya fenomeni kimi Azərbaycanda ən yüksək uzunömürlük indeksinin Qarabağda –Şuşada müşahidə olunduğunu, bu nəticənin ilk dəfə Sovet dövründə beynəlxalq tədqiqatçılar qrupu tərəfindən aparılmış tədqiqatlarda qeydə alındığını və daha sonra akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda son illər həyata keçirilən xüsusi herontoloji proqram çərçivəsində aparılmış araşdırmalarda təsdiq edildiyini bildirmişdir.  O, çıxışında  araşdırmalar əsasında  uzun müddət köçkün həyatı yaşayan qarabağlıların hələ də özünün uzunömürlük potensialını qoruyub saxlaya bildiyini, Qarabağdan olan məcburi köçkün uzunömürlülərdə mərkəzi sinir sisteminin funksional fəallıq səviyyəsinin tədqiqinin də onların fərqli ekoloji-sosial şəraitdə yaşamaqlarına baxmayaraq güclü adaptiv potensiala malik olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.

 

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.