XƏBƏRLƏR Arxiv 1389 Çap et
18.05.2022 / Konfranslar, iclaslar Belarus Milli Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüş keçirilib

 

AMEA-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun təşkilatçılığı ilə 27-ci Beynəlxalq InterFood Azerbaijan sərgisində iştirak etmək üçün Bakı şəhərində səfərdə olan Belarus Milli Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüş keçirilib. Belarus Milli Elmlər Akademiyasının “Heyvandarlıq üzrə Elmi-Praktiki Mərkəzi” Respublika Unitar Müəssisəsinin (RUM) baş direktoru Dmitri Mixayloviç Boqdanoviçin rəhbərlik etdiyi nümayəndə heyətinə “Ət-Süd Sənayesi İnstitutu” RUM-un direktoru Qordey Vladimiroviç Qusakov,  “Qida Məhsulları üzrə Elmi-Praktiki Mərkəzi” RUM baş direktorunun standartlaşma və ərzaq məhsullarının keyfiyyəti üzrə müavini Yelena Mixaylovna Morgunova və Belarus Milli Elmlər Akademiyası aparatının Beynəlxalq elmi-texniki əməkdaşlıq üzrə baş İdarəsinin aparıcı mütəxəssisi Luiza Vladimirovna Belyayeva daxil olmuşdur. Tədbiri giriş sözü ilə açan Fiziologiya İnstitutunun baş direktoru professor Ulduz Həşimova bildirdi ki, qonaqların təklifi ilə tədbirə Biologiya və Tibb Elmləri Bölməsi institutlarının nümayəndələri dəvət olunmuşdur. Sonra Belarus alimlərinin heyvandarlıq və qida məhsulları sənayesində yeni biotexnologiyaların tətbiqi üzrə təqdimatları maraqla dinlənildi, mövzu üzrə suallar cavablandırıldı. Sonda professor Ulduz Həşimova qonaqlara minnətdarlıq edərək, iki ölkə alimləri arasında müvafiq sahələrdə elmi-texniki əməkdaşlığın güclənəcəyinə inamını  bildirdi.
 
 
 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.