XƏBƏRLƏR Arxiv 1284 Çap et
11.05.2022 / Mühüm hadisələr Azərbaycan Milli Elmlər Akademiyasın herontologiya üzrə mütəxəssisləri Lənkəranın yüz yaşlı sakinin fizioloji və psixofizioloji vəziyyətini tədqiq ediblər

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor  U.F.Həşimovanın rəhbərliyi altında Azərbaycanda yaşayan uzunömürlü kişi və qadınlarda fizioloji və psixofizioloji durumun bir sıra göstəricilərinin tədqiqi  davam edir. Bu istiqamətdə elmi araşdırmaların aparılmasında AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşları-başda bu Mərkəzin elmi işlər üzrə direktor müavini və AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun “Qocalmanın fiziologiyası” laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dosent S.Hüseynova olmaqla bir qrup mütəxəssislər iştirak edirlər. Onlar  Lənkəranda yaşayan 100 yaşlı Kamal Kələntərlinin sağlamlığı barədə son 7 il ərzində maraqlı faktlar üzə çıxarıblar. K.Kələntərli baba ictimai həyatda fəal iştirak edir. Lənkəran rayon Ağsaqqallar Şurasının sədridir, onun fiziki fəallıq göstəriciləri bu qocaman yaşa görə normaldır, əlləri əsmir, yaddaşı hələ möhkəmdir, yaxşı eşidir, amma görmə qabiliyyəti zəifdir, arterial  təzyiq çox hallarda norma hüdudlarında olur, hərəkətlidir, verilən suallara aydın və əhatəli cavab verir, bir sözlə özünü xeyli gümrah aparır...

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu Lənkəran Regional Elmi Mərkəz ilə birgə Azərbaycanın ən qocaman sakinlərindən biri olan K.Kələntərlinin yüzillik yubileyinin təntənəli surətdə qeyd edilməsini qərara alıb.   

 

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.