XƏBƏRLƏR Arxiv 1012 Çap et
02.06.2022 / Konfranslar, iclaslar Elmi Şuranın iclası keçirilib

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclasda giriş sözü ilə çıxış edən institutun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Daha sonra Elmi şuranın iclasında institutun strukturuna uyğun olaraq  şöbələrin və ona daxil olan laboratoriyaların  2022-ci ilin I yarımilliyi  üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatlara hazırlıq və İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə dissertantı A.İ.Fərəcovanın dissertasiya mövzusunda qismən dəyişiklik edilməsinə dair təkliflər dinlənilib.

Sonda isə “Elm” qəzetində  01 aprel 2022-ci il tarixində dərc olunmuş elana əsasən akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda  ştatda olan laboratoriya  müdiri, baş elmi işçi, aparıcı elmi işçi, böyük elmi işçi, elmi işçi,  kiçik elmi işçi vəzifələrinin tutulması ilə bağlı gizli səsvermə keçirilib, alınan nəticələr elmi şuranın iclasında tədqim edilib.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.