Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əməkdaşlarına üzvlük vəsiqələrini təqdim edib. Təqdimatda ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurlara imza atdığını, sıralarının hər gün daha da artdığını qeyd edilib. Həmçinin son zamanlar partiya sıralarına daxil olan institut əməkdaşlarının sayının artmaqda olduğu xüsusi vurğulanıb.
Sonra partiya sıralarına qəbul üçün müraciət edən bir qrup institut əməkdaşına üzvlük vəsiqələri təqdim olunub və onlara uğurlar arzulanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.