XƏBƏRLƏR Arxiv 719 Çap et
20.06.2022 / Konfranslar, iclaslar İnstitutunun icraçı direktoru Əhməd Hacıyev MDB dövlətləri alimlərinin IV Forumunda iştirak edib

16-18 iyun 2022-ci il tarixlərdə Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB dövlətləri alimlərinin 4-cü Forumu keçirilmişdir. Qırğız Respublikası Milli Elmlər Akademiyası tərəfindən təşkil olunmuş beynəlxalq tədbirdə AMEA nümayəndə heyətinin tərkibində Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun icraçı direktoru f.-r.e.d., professor Əhməd Hacıyev də iştirak etmişdir. Qırğız MEA-nın fəaliyyətini əks etdirən sərgi ilə tanışlıqdan sonra Akademiyanın böyük akt zalında Forum öz işinə başladı. Tədbiri giriş sözü ilə açan Qırğız MEA-nın prezidenti akademik Murad Cumatayev hər il MDB ölkələrindən birində keçirilməsi nəzərdə tutulan forumun əhəmiyyətindən danışaraq, Bişkekin builki tədbirə ev sahibliyi etməsindən məmnunluğunu bildirdi və qırğız alimlərinin foruma hazırlıq işlərinə böyük məsuliyyətlə yanaşdıqlarını dilə gətirdi. Azərbaycan, Ermənistan, Rusiya, Belarus, Qazaxstan,Özbəkistan, Tacikistan, Moldovadan olan nümayəndə heyətlərinin rəhbərləri çıxış edərək Forumun işinə  müvəffəqiyyətlər arzuladılar. Sonra Forum öz işini 3 seksiyada – “Fundamental elmin problemləri və inkişaf yolları”, “İnvestisiya və innovativ elmi tədqiqtlar”, “Təhsildə və elmdə rəqəmləşmə” seksiyalarında və “Gənclik və elm: problemlər və perspektivlər” mövzusunda MDB gənc alimlərinin dəyirmi stolunda davam etdirildi. Professor Əhməd Hacıyev 1-ci və 2-ci seksiyaların işində iştirak etmiş, Qırğızıstan, Qazaxstan və Belarus alimləri ilə qarşılıqlı maraq doğuran elmi tədqiqat sahələri üzrə müzakirələr aparmışdır. Neyrofiziologiya, molekulyar bioherontologiya üzrə birgə elmi tədqiqatların aparılması haqqında ikin razılaşmalar əldə edilmişdir.

Azərbaycanın nümayəndə heyətində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri AMEA-nın müxbir üzvü İlham Şahmuradovun başçılığı altında AMEA-nın Dilçilik, Coğrafiya, İqtisadiyyat, Fiziologiya, İnformasiya Texnologiyaları institutları və AMEA Gənc Alim və Mütəxəssisləri şurasının sədri təmsil olunmuşdur.      

Tədbirin sonuncu günündə Forum iştirakçılarının Qırğızıstanın təbii parkları və qoruqlarına səyahəti təşkil olunmuşdur.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.