XƏBƏRLƏR Arxiv 743 Çap et
21.06.2022 / Yeni nəşrlər “Azərbaycan Fiziologiya jurnalı”nın ilk sayı nəşr edilib

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu baş direktoru, professor Ulduz Həşimovanın redaktorluğu ilə “Azərbaycan Fiziologiya jurnalı”nın ilk sayı çapdan çıxıb. Fiziologiya İnstitutunun və Azərbaycan Fizioloqlar Cəmiyyətinin təşəbbüsü ilə nəşr edilən jurnalda insan və heyvan  fiziologiyasının bütün bölmələri və əlaqəli elmlərin – biokimya, biofizika, molekulyar biologiya, zoologiya, farmakologiya, biotibb və digərlərinin fizioloji aspektlərinə aid elmi tədqiqatların nəticələri üzrə orijinal məqalələr çap edilir. Jurnala məqalələr Azərbaycan, ingilis və rus dillərinin birində qəbul edilir. Yerli və xarici mütəxəssislərin rəyi əsasında çap edilən jurnal 1956-cı ildə yarandığı gündən 36 cilddə nəşr olunmuş “A.İ.Qarayev adına Fiziologiya İnstitutunun və Azərbaycan Fizioloqlar Cəmiyyətinin külliyyatı. Fiziologiya və biokimyanın problemləri” adı ilə tanınan jurnalın ardı və davamçısıdır. Jurnalda eksperimental və kliniki fiziologiya və fiziologiya elminə aid fənlərarası biokimyəvi, genetik və biofiziki tədqiqatların nəticələrini əks etdirən, əvvəllər  dərc edilməyən (tezis istisna olmaqla), digər jurnal və kitaba dərc edilmək üçün təqdim edilmə mərhələsində olmayan orijinal məqalələr çap edilir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.