XƏBƏRLƏR Arxiv 1013 Çap et
28.06.2022 / Konfranslar, iclaslar Elmi Şuranın iclası keçirilib

      AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclasda giriş sözü ilə çıxış edən institutun baş direktoru, professor Ulduz Həşimova iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

       Daha sonra Elmi şuranın iclasında institutun strukturuna uyğun olaraq  şöbələrin və ona daxil olan laboratoriyaların  2022-ci ilin I yarımilliyi  üzrə elmi və elmi-təşkilati fəaliyyətlərinin hesabatları dinlənilib.

      Təqdim olunan hesabatların qənaətbəxş olduğu, alınan elmi nəticələrin beynəlxalq miqyasda tanınması üçün xarici nəşrlərin artırılmasına diqqət  yetirilməsinin vacibliyi qeyd edilib.

    Elmi Şurada həmçinin 2022-ci il üçün akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda “Elmlər doktoru” hazırlığı üzrə doktoranturaya  qəbul və mövzuların  təsdiqi məsələsinə də baxılıb.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.