Bu gün AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda FD1.08 Dissertasiya şurasının nəzdindəki Elmi seminarın növbəti iclası keçirilib.
İclası açan Elmi seminarın sədri, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev iştirakçıları gündəlikdəki məsələ ilə tanış edib.
Seminarda Azərbaycan Tibb Universitetinin “Normal fiziologiya” kafedrasının dissertantı Qəniyeva Fidan İlqar qızı 2411.01 - “İnsan və heyvan fiziologiyası” ixtisasından biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Görmə analizatorunun plastikliyinin neyromodulyasiyasının endogen mexanizmləri” mövzusunda dissertasiya işini təqdim edib.
Mövzunun aktuallığını diqqətə çatdıran F.Qəniyeva bu istiqamətdə apardığı elmi tədqiqatlar və onların nəticələri, elmi yeniliklər barədə məlumat verib.
İddiaçı seminar iştirakçıları tərəfindən verilən sualları cavablandırıb.
Sonra F.Qəniyevanın təqdim etdiyi dissertasiya işinin geniş müzakirəsi aparılıb və dissertasiyanın növbəti mərhələyə - müdafiəyə buraxılması haqqında qərar qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.