XƏBƏRLƏR Arxiv 1020 Çap et
07.07.2022 / Mühüm hadisələr İnstitutun əməkdaşı Rusiya Təbiət Elmləri Akademiyasının professoru adını alıb

AMEA-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Kliniki neyrofiziologiya laboratoriyasının əməkdaşı, tibb üzrə fəlsəfə  doktoru, dosent Aysel Əli qızı Allahverdiyevaya Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) Rəyasət Heyətinin qərarı ilə RTЕA-nın professoru elmi adı verilmişdir.

Aysel Allahverdiyevanın RTЕA layihələrində iştirakının, RTЕA-nın elmi jurnallarında nəşrlərinin, elmi və praktiki fəaliyyətinin ekspert  qiymətləndirilməsinə əsaslanaraq ona  RTEA-nın  professoru diplomunun verilməsi haqda qərar qəbul olunub və diplomun Moskvadan Bakı şəhərinə göndərilərək təqdimatı təşkil olunub.

Qeyd edək ki, RTEA müxtəlif elm sahələrindən 15 000-dən çox mütəxəssisi birləşdirən ən böyük  beynəlxalq alimlər birliyidir. Təbiət  Elmləri Akademiyasının nəşriyyatı minlərlə elmi kitab, yüz minlərlə elmi məqalələr nəşr edilir. Akademiyada 20-dən çox elmi jurnal çap olunur, hər il  yüzlərlə elmi forum keçirilir ki, onlardan biri də xaricdən alimləri cəlb edən beynəlxalq elmi forumdur. Təbiət Elmləri Akademiyasının nəşriyyatında çap olunan Ümumrusiya  və beynəlxalq jurnallar РИНЦ bazasında indeksləşir və yüksək impakt-faktorla seçilirlər.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.