AMEA-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Kliniki neyrofiziologiya laboratoriyasının müdiri, tibb elmləri doktoru, professor Əli Allahverdiyev və həmin laboratoriyanın əməkdaşı, tibb elmləri üzrə fəlsəfə doktoru Aysel Allahverdiyeva Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) Rəyasət Heyətinin və Attestasiya Komissiyasının qərarı ilə “ЗА ЗАСЛУГИ” ordeni ilə təltif ediliblər.
Qeyd edək ki, "ЗА ЗАСЛУГИ" ordeni RTEA və Avropa Elmi və Sənaye Konsorsiumu tərəfindən təsis edilib. Bu orden dünya elminin inkişafına mühüm töhfələrinə görə elm xadimlərinə verilir. Professor Əli Allahverdiyev Rusiya Təbiət Elmləri Akademiyasının və Qütb Təbabəti və Ekstremal İnsan Ekologiyası Akademiyasının həqiqi üzvüdür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.