XƏBƏRLƏR Arxiv 962 Çap et
29.07.2022 / Ekspedisiya xəbərləri İnstitut əməkdaşları Zəngilan rayonunda ezamiyətdə olublar

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əməkdaşları Zəngilan rayonunda ezamiyyətdə olublar. 18-20 iyul 2022-ci il tarixlərində baş tutan ekspedisiyada “Ekotoksikologiya” laboratoriyasının müdiri b.ü.f.d. Qriqoriy Palatnikov və həmin  laboratoriyanın laborantı Sovet Hümbətov Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılmış İşçi Qrupun tərkibində Oxçuçayda fiziki-kimyəvi və bioloji monitorinq işlərinin aparılmasında iştirak ediblər. Oxçuçay hövzəsində planlaşdırılan kompleks elmi-tədqiqat işləri çərçivəsində transsərhəd çirklənmənin qiymətləndirilməsi, torpaq və su ehtiyatlarına təsiri, su və quru canlılarının fizioloji durumunun öyrənilməsi üçün lazımi materiallar əldə edilmişdir. Hazırda İşçi qrupunda təmsil olunan müvafiq tədqiqat müəssisələrində, o cümlədən Fiziologiya İnstitutunda bu materialların analizi həyata keçirilir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.