XƏBƏRLƏR Arxiv 713 Çap et
10.08.2022 / Mühüm hadisələr İnstitut əməkdaşları “Ümid yeri”ni ziyarət ediblər

AMEA-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun xeyriyyə məqsədli silsilə tədbirləri davam edir. Bu dəfə institutun bir qrup əməkdaşı uşaq evini ziyarət ediblər. Sabunçu qəsəbəsində yerləşən “Ümid yeri” uşaq evində baş tutan tədbir müəssisəsinin şəraiti, uşaqların qidalanması, sinif otaqları, uşaqların əl işlərindən ibarət olan guşə və s. ilə tanışlıqla başlayıb. Tədbirdə körpələrimiz institut kollektivi üçün özlərinin hazırladığı səhnəcikləri, şeirləri təqdim etmiş, sevinclərini bölüşmüşlər.

Sonda institut əməkdaşlarının iştirakı ilə “Ümid yeri”nin sakinləri aparılan sovqatlarla sevindirilmişlər.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.