XƏBƏRLƏR Arxiv 763 Çap et
15.08.2022 / Mühüm hadisələr İnstitut əməkdaşları Milli Qəhrəman Mübariz İbrahimovun ev-muzeyini ziyarət ediblər

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun bir qrup əməkdaşı Milli Qəhrəman Mübariz İbrahimovun ev-muzeyini ziyarət ediblər. İnstitutun baş meneceri Könül İbrahimovanın və İnstitut əməkdaşı Arzuman Vəliyevin iştirakı ilə baş tutan görüş zamanı qəhrəmanımızın hər kəsə nümumə olacaq hərbi xidmətindən söz açılıb, Milli qəhrəmanın mübarizliyini əks etdirən eksponatlarla tanışlıq olub.

Çıxışı zamanı şəhidin anası Şamama İbrahimova övladları ilə bağlı xatirələri yada salaraq gənclərə Vətəni Mübariz kimi sevməyi tövsiyə edib.

Sonda qəhrəmanın valideynləri ilə xatirə şəkli çəkilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.