XƏBƏRLƏR Arxiv 286 Çap et
18.08.2022 / Mühüm hadisələr İnstitut əməkdaşı “Gənc alimlərin yay düşərgə”sində iştirak edib

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əməkdaşı 06-11 avqust tarixlərində Gənclər və İdman Nazirliyi, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilən “Gənc alimlərin yay düşərgə”sində iştirak edib. 
Proqrama əsasən gənc alimlər üçün "Tənqidi düşüncə", "Beynəlxalq təqaüdlər","Gənc alimlərin fərdi və intellektual inkişafı”, "Təqdimat bacarıqlarının təkmilləşdirilməsi", "Akademik tədqiqatların nəticələrinin elmimetrik bazalarda işıqlandırılması", "Motivasiya və Hədəf", "Liderlik bacarıqları” təlimləri, "Xəmsə" intellektual-əyləncəli oyunu, şahmat, dama, voleybol yarışları, bədii yaradıcılıq müsabiqələri təşkil edilib.
Düşərgədə təşkil olunan bir çox intelektual və idman oyunlarında iştirak edən Fiziologiya İnstitutunun dissertantı, "İnteqrativ fəaliyyətin molekulyar əsasları” laboratoriyasının elmi işçisi Nurullayeva Afaq qaliblər sırasına öz adını yazdıra bilib. Beləki, şahmat və dama idman yarışlarına qatılan, daha sonra Xəmsə intellektual oyununda iştirak edən A.Nurullayeva komanda şəklində I yer tutub.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.