XƏBƏRLƏR Arxiv 1026 Çap et
08.08.2022 / Konfranslar, iclaslar İnstitut əməkdaşı Xəzər dənizində aparılan monitorinqdə iştirak edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən 25 iyul - 03 avqust tarixlərində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində kompleks tədqiqatlar və monitorinqlər keçirilib.

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun “Ekotoksikologiya” laboratoriyasının laborantı Elcan Qənbərli də həmin ekpedisiyada iştirak edib. Kür çayının mənsəbi yaxınlığında 5 məntəqədən tral vasitəsilə tutulmuş balıqlardan biokimyəvi və histoloji analiz üçün nümunələri götürülüb. Balıq populyasiyalarının ekofizioloji vəziyyətinin öyrənilməsi və onlara ətraf mühitin təsirinin qiymətləndirilməsi üçün nəzərdə tutulan nümunələr AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun “Ekotoksikologiya” laboratoriyasına çatdırılıb.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.