6-10 sentyabr 2022-ci il tarixlərində Qırğızıstan Respublikasının Bişkek şəhərində " İnsan və dağlar" II-ci Beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Konfrans çərçivəsində AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun "Ontogenezin biokimyası" laboratoriyasının müdiri, b.ü.f.d., dosent Afaq Məmməd qızı Rəşidova məruzə ilə çıxış edib.
"Динамика содержания общего белка в тканях структур головного мозга крыс после разрушения слухового и вестибулярного аппарата" mövzusunda etdiyi məruzə digər ölkələrdən gələn nümayəndələr tərəfindən böyük maraqla dinlənilmiş və yüksək dəyərləndirilmişdir.
Böyük marağa səbəb olan məqalə həmin ölkənin Milli Elmlər Akademiyasının "Xəbərlər" jurnalında çap olunmuşdur. Konfrans sonunda A. Rəşidova sertifikat və təşəkkürnamə ilə təltif olunmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.