XƏBƏRLƏR Arxiv 982 Çap et
29.09.2022 / Konfranslar, iclaslar Elmi Şuranın iclası keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan institutun baş direktoru, professor Ulduz Həşimova iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Daha sonra iclasda 2022-ci il üçün Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda “Fəlsəfə doktoru” hazırlığı üzrə doktoranturaya qəbul və mövzunun təsdiqi istiqamətində geniş müzakirələr aparılıb.

İclasda həmçinin biologiya elmləri doktoru, professor U.F.Həşimova, biologiya elmləri doktoru  E.N.Pənahova və başqalarının müəllifi olduğu monoqrafiya haqqında geniş müzakirələr aparılmış,çapa tövsiyəsi haqqında  elmi şura yekdilliklə qərar vermişdir.  

Biologiya elmləri doktoru, professor Ulduz Həşimova və biologiya elmləri doktoru  Xədicə İsmayılovanın “İnsan və heyvan fiziologiyasi: ali sinir fəaliyyəti” adlı metodik vəsait şurada ətraflı müzakirə edilərək  çapa tövsiyə olunmuşdur.

Sonda cari məsələlər müzakirəyə çıxarılmış və onların müvafiq həllinə institut rəhbərliyi tərəfindən göstərişlər verilmişdir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.