Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimovanın və institutun baş elmi işçisi, biologiya elmləri doktoru Xədicə İsmayılovanın həmmüəllifliyi ilə metodik vəsaiti çapdan çıxıb. “İNSAN VƏ HEYVAN FİZİOLOĞİYASI:AIİ SİNİR FƏALİYYƏTİ” adlı tədris - metodik vəsaitdə insan və heyvanlarda ali sinir fəaliyyətinin mühüm və mürəkkəb məsələlərini əks etdirən anadangəlmə və sonradan qazanılmış davranışın müxtəlif növlərinin reallaşmasının neyrofizioloji mexanizmlərinin öyrənilməsi üçün metodik aspektlər təqdim olunub. Vəsait “İnsan və heyvan fiziogiyası” ixtisası üzrə hazırlıq keçən magistrantlar, doktorantlar və yaddaş, təlim, diqqət kimi ali inteqrativ proseslərin öyrənilməsi ilə maraqlanan elmi işçilər üçün nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.