XƏBƏRLƏR Arxiv 578 Çap et
20.10.2022 / Konfranslar, iclaslar İnstitut əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əməkdaşları Bakı Dövlət Universitetində akademik Mirəli Axundovun anadan olmasının 120 illiyinə həsr edilmiş beynəlxalq konfransda iştirak ediblər.

13-14 oktyabr 2022-ci il tarixində BDU, ICESCO, İzmir Yüksək Texnologiya İnstitutu (Türkiyə) və Lahore Universitetinin (Pakistan) birgə təşkilatçılığı ilə keçirilən “Biologiyada nailiyyətlər və çağırışlar” adlı XI beynəlxalq elmi konfransda dünyanın bir çox ölkələrindən olan alimlər məruzə və poster çıxışlar ediblər. Konfransda genetika, molekulyar biologiya, mikrobiologiya, biofizika, biokimya, fiziologiya, nanobiotexnologiya, botanika, flora müxtəlifliyinin mühafizəsi, zoologiya və akvakulturalar, canlı sistemlərin ekologiyası kimi sahələr üzrə məruzələr dinlənilib.

İnstitutun bir qrup tədqiqatçılarının  konfransda təqdim etdikləri poster məruzələri maraqla qarşılanıb.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.