XƏBƏRLƏR Arxiv 892 Çap et
26.10.2022 / Konfranslar, iclaslar Fəlsəfə doktorluğu dissertasiya işinin müdafiəsi keçirilib

Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun nəzdində fəaliyyət FD 1.08 Dissertasiya Şurasının iclası  keçirilib. Dissertasiya Şurasının sədri, biologiya elmləri doktoru, professor Ulduz Həşimovanın sədrliyi altında baş tutan iclasda Azərbaycan Tibb  Universitetinin  dissertantı Qəniyeva Fidan İlqar qızının 2411.01 – “Insan və heyvan fiziologiyası” ixtisasından biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Görmə analizatorunun plastikliyinin neyromodulyasiyasının endogen mexanizmləri” mövzusunda dissertasiya işi müdafiə olunub.

Dissertasiya işinin nəticələri Dissertasiya Şurasının üzvlərində böyük maraq doğurmuş, onların çoxsaylı sualları iddiaçı tərəfindən peşəkar səviyyədə cavablandırılmışdır. Dissertasiya işi Fiziologiya İnstitutundan, Azərbaycan Tibb Universitetindən və digər təşkilatlardan olan Şura üzvləri tərəfindən yüksək qiymətləndirilib və sonda gizli elektron səsvermə yolu ilə iddia edilən elmi dərəcənin verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması bir səslə qəbul edilib.

Qeyd edək ki, müdafiə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Fəlsəfə doktoru dissertasiyalarının müzakirəsinin keçirilməsi qayadaları”na uyğun formada təşkil edilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.