XƏBƏRLƏR Arxiv 829 Çap et
27.10.2022 / Konfranslar, iclaslar Fəlsəfə doktorluğu dissertasiya işinin müzakirəsi keçirilib

Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun FD1.08 Dissertasiya şurasının nəzdində olan 2406.02 - Biokimya ixtisasında elmi seminarının iclası  keçirilib.

Biologiya elmlər doktoru, professor  Ədalət Fərəcovun sədrliyi altında baş tutan iclasda Azərbaycan Tibb Universitetinin Bioloji kimya kafedrasının dissertantı Hüseynova Əsmayə Səftər qızının 2406.02 – “Biokimya” ixtisasından biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Antimikrob peptidlərin və bəzi sitokinlərin revmatoid artritin diaqnostikasında rolu” mövzusunda tədqim etdiyi dissertasiya işinin müzakirəsi keçirilib.

Dissertasiya işinin nəticələri seminar üzvlərində böyük maraq doğurmuş, onların çoxsaylı sualları iddiaçı tərəfindən peşəkar səviyyədə cavablandırılmış və  iclas iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Sonda isə gizli səsvermə yolu ilə iddia edilən elmi dərəcənin müdafiəyə buraxılması yekdilliklə qəbul edilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.