XƏBƏRLƏR Arxiv 790 Çap et
23.10.2022 / Konfranslar, iclaslar Professor Əli Allahverdiyev Sankt-Peterburqda vacib dövlətlərarası tədbirdə iştirak edib

20 oktyabr 2022-ci il tarixdə Sankt-Peterburqda MDB ölkələri Parlamentlərarası Assambleyasının Səhiyyə üzrə Ekspert Şurasının geniş iclası keçirilib. Tavriyə sarayında baş tutan mötəbər tədbirdə “Bioetika və sübutlu tibb: elmi, elmi-texniki və beynəlxalq əməkdaşlığın müasir problemləri” mövzusu ətrafında müzakirələr aparılıb. MDB PA-nın Səhiyyə üzrə Ekspert Şurasının üzvləri, MDB ölkələrinin müvafiq nazirlik və idarələrinin, elmlər akademiyalarının nümayəndələrinin iştirak etdiyi iclasda Respublikamızı Elm və Təhsil Nazirliyinin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun “Kliniki neyrofiziologiya” laboratoriyasının müdiri, tibb elmləri doktoru, professor Əli Allahverdiyev təmsil etmişdir. Sankt-Peterburqdan yaxşı təəssüratlarla qayıdan professor Allahverdiyev forumda bioetika və sübutlara əsaslanan tibbin aktual problemləri, beynəlxalq elmi-texniki və innovativ əməkdaşlığın inkişaf perspektivləri, hüquqi əsasları üzrə  geniş müzakirələrin aparıldığını bildirdi.

“Gələcəyin təbabəti” inkişafı istiqamətində bioetika, səhiyyə, biotəhlükəsizlik sahələrində dövlətlərarası əməkdaşlıq proqramlarının hazırlanması üzrə işlərin gücləndirilməsi qərara alınıb.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.