XƏBƏRLƏR Arxiv 831 Çap et
03.11.2022 / Konfranslar, iclaslar Professor Əhməd Hacıyev beynəlxalq konfransda çıxış edib

2 noyabr 2022-ci il tarixdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında AMEA-nın Elm Tarixi İnstitutu və Tümen Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Antroposenin fiziki və xəyali landşaftları” mövzusunda beynəlxalq konfrans və “Böyük Eksperimentlər Məkanı” mövzusunda II beynəlxalq konfrans keçirilib. Tədbirin açılışında AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev giriş sözü ilə çıxış edib, konfransın işinə uğurlar arzulayıb. Elm Tarixi İnstitutu və Tümen Dövlət Universiteti arasında antropologiya, texnologiya, sosiologiya, ekologiya, humanitar və digər sahələr üzrə birgə tədqiqatların aparılması, təcrübə mübadiləsi, layihə və proqramların həyata keçirilməsi üzrə qarşılıqlı elmi əməkdaşlıq haqqında müqavilə çərçivəsində baş tutan konfransda yerli və xarici alimlərin məruzələri dinlənilib. Elm Tarixi İnstitutunun direktoru, professor Məryəm Seyidbəylinin və Tümen Dövlət Universitetinin Ətraf Mühit və Sosial Tədqiqatlar Məktəbinin (Antroposen məktəbi) direktoru, tarix üzrə fəlsəfə doktoru Aleksandr Sorokinin moderatorluğu ilə keçirilən iclasda Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova və fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyevin “Antroposen dövründə biotibbi prioritetlər” (“Приоритеты биомедицины в эпоху антропоцена”) mövzusunda birgə təqdimatı professor Hacıyev tərəfindən iştirakçıların diqqətinə çatdırıldı. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla dinlənildi.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.