XƏBƏRLƏR Arxiv 818 Çap et
14.11.2022 / Konfranslar, iclaslar İnstitut laboratoriyalarının 2022-ci il üzrə hesabat iclası keçirilib

14 noyabr 2022-ci il tarixində AR Elm və Təhsil Nazirliyinin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda fəaliyyət göstərən laboratoriyaların 2022-ci ildəki elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.

İnstitutun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimovanın sədrliyi altında keçən iclasda “Kliniki neyrofiziologiya” (lab. rəhbəri t.e.d., prof. Əli Allahverdiyev) və “Bioloji fəal maddələrin farmakologiyası” (lab. rəhbəri b.ü.f.d. Xanağa Babayev) laboratoriyalarının 2022-ci il üçün elmi-təşkilati fəaliyyəti haqqında hesabatları dinlənilib.

Çıxış üçün söz verilən laboratoriya rəhbərləri və icraçılar cari ildə apardıqları elmi tədqiqat işləri və alınan nəticələr, nəşriyyat fəaliyyəti, elmi forumlarda iştirak və çıxışlar, kadr hazırlığı, elmi əlaqələr və əməkdaşlıq haqqında ətraflı məlumat veriblər.

Sonda hesabatlar ətrafında geniş müzakirələr aparılıb, təkliflər dinlənilib və laboratoriyaların 2022-ci il üçün illik hesabatları qəbul edilib.

Qeyd edək ki, hesabat iclası digər laboratoriyaların çıxışı ilə 15 noyabr 2022-ci il tarixində davam etdiriləcək.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.