XƏBƏRLƏR Arxiv 787 Çap et
15.11.2022 / Konfranslar, iclaslar Laboratoriyaların 2022-ci il üzrə hesabat iclasları davam edir

AR Elm və Təhsil Nazirliyinin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun elmi şurası laboratoriyaların 2022-ci ildəki elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat iclası bu gün davam etdirib.

İnstitutun icraçı direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyevin sədrliyi altında keçən iclasda “İnteqrativ fəaliyyətin molekulyar əsasları” (lab. rəhbəri b.e.d., Arif Mehdiyev) və “Ekotoksikologiya” (lab. rəhbəri b.ü.f.d. Qriqoriy Palatnikov) laboratoriyalarının 2022-ci il üçün elmi-təşkilati fəaliyyəti haqqında hesabatları dinlənilib.

Laboratoriya rəhbərləri və icraçılar cari ildə apardıqları elmi tədqiqat işləri və alınan nəticələr, nəşriyyat fəaliyyəti, elmi forumlarda iştirak və çıxışlar, kadr hazırlığı, elmi əlaqələr və əməkdaşlıq haqqında ətraflı məlumat verib, hesabatlar ətrafında geniş müzakirələr aparılıb, təkliflər dinlənilib.

Nəticə olaraq, laboratoriyaların 2022-ci il üçün illik hesabatları qəbul edilib.

2022-ci ildəki elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Elmi Şuranın hesabat iclasları 17 noyabr 2022-ci il tarixində davam etdiriləcək.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.