AR Elm və Təhsil Nazirliyinin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda fəaliyyət göstərən daha iki laboratoriya 2022-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqda İnstitutun elmi şurası qarşısında hesabat verib.
İnstitutun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimovanın sədrliyi altında keçən iclasda “Qocalmanın fiziologiyası” (lab. rəhbəri b.ü.f.d. Çingiz Qasımov) və “İmmunofiziologiya və eksperimental transplantologiya” (lab. rəhbəri t.ü.f.d. Şolan Rəşad) laboratoriyalarında 2022-ci ildə görülən işlər haqqında məruzələr edilib.
Hər iki məruzə zamanı laboratoriyanın cari ildə apardıqları elmi tədqiqat işləri və alınan nəticələr, nəşriyyat fəaliyyəti, elmi forumlarda iştirak və çıxışlar, kadr hazırlığı, elmi əlaqələr və əməkdaşlıq haqqında ətraflı məlumat verilib, hesabatlar ətrafında geniş müzakirələr aparılıb, təkliflər dinlənilib.
Müzakirələrdə iştirak edən şura üzvləri laboratoriyaların cari ildə gördükləri işləri yüksək qiymətləndirib, hesabatların qəbul edilməsini təklif ediblər.
İclasa sədrlik edən professor Ulduz Həşimova laboratoriyalara uğurlar arzulayıb və hesabatların qəbul edildiyini, laboratoriyaların 2022-ci ildəki elmi-təşkilati fəaliyyətinə həsr olunmuş hesabat iclaslarının növbəti həftə davam edəcəyini bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.