XƏBƏRLƏR Arxiv 565 Çap et
21.11.2022 / Konfranslar, iclaslar Daha iki laboratoriya illik hesabatını təqdim etdi

AR Elm və Təhsil Nazirliyinin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda fəaliyyət göstərən daha iki laboratoriya 2022-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqda İnstitutun elmi şurası qarşısında hesabat verib.

İnstitutun icraçı direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyevin sədrliyi ilə keçirilən iclasda “Radiasiya fiziologiyası” (lab. rəhbəri f-r.e.d. Əhməd Hacıyev) və “Mühit amilləri və analizatorların formalaşması” (lab. rəhbəri b.ü.f.d. Afiq Qazıyev) laboratoriyalarında 2022-ci ildə görülən işlər haqqında məruzələr edilib.

Hər iki məruzə zamanı laboratoriyanın cari ildə apardıqları elmi tədqiqat işləri və alınan nəticələr, nəşriyyat fəaliyyəti, elmi forumlarda iştirak və çıxışlar, kadr hazırlığı, elmi əlaqələr və əməkdaşlıq haqqında ətraflı məlumat verilib, hesabatlar ətrafında geniş müzakirələr aparılıb, təkliflər dinlənilib.

Müzakirələrdə iştirak edən şura üzvləri laboratoriyaların cari ildə gördükləri işləri yüksək qiymətləndirib, hesabatların qəbul edilməsini təklif ediblər.

İclasa sədrlik edən professor Əhməd Hacıyev hesabatların qəbul edildiyini, laboratoriyaların 2022-ci ildəki elmi-təşkilati fəaliyyətinə həsr olunmuş sonuncu hesabat iclasın növbəti gün davam edəcəyini bildirib.