AR Elm və Təhsil Nazirliyinin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda fəaliyyət göstərən laboratoriyaların 2022-ci ildəki elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş sonuncu hesabat iclası keçirilib.
İnstitutun icraçı direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyevin sədrliyi ilə keçirilən iclasda “Hüceyrənin morfofunksional plastikliyi” (lab. rəhbəri b.e.d. Fəxrəddin Əsgərov), “Görmənin və neyrodegenerativ proseslərin fiziologiyası” (lab. rəhbəri b.e.d. Elmira Pənahova) və “Ontogenezin biokimyası” (lab. rəhbəri b.ü.f.d. Afaq Rəşidova) laboratoriyalarında 2022-ci ildə görülən işlər haqqında məruzələr edilib.
Məruzə zamanı laboratoriyaların cari ildə apardıqları elmi tədqiqat işləri və alınan nəticələr, nəşriyyat fəaliyyəti, elmi forumlarda iştirak və çıxışlar, kadr hazırlığı, elmi əlaqələr və əməkdaşlıq haqqında ətraflı məlumat verilib, hesabatlar ətrafında geniş müzakirələr aparılıb, təkliflər dinlənilib.
Sonda iclasa sədrlik edən professor Əhməd Hacıyev laboratoriyalara uğurlar arzulayıb, 2022-ci il üçün illik hesabatlarının qəbul edildiyini bildirib.