XƏBƏRLƏR Arxiv 523 Çap et
29.11.2022 / Konfranslar, iclaslar Fiziologiya İnstitutunda “Biokimya” ixtisası üzrə imtahan keçirilib

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda qış imtahan sessiyası başlanılıb. 29 noyabr 2022-ci il tarixində 2406.02 “Biokimya” ixtisasından institutda təhsil alan dissertant Zeynalova Gülər Elman qızı imtahan verib.

Bu səbəbdən qaydalara uyğun olaraq imtahan komissiyası yaradılıb. Bilet üsulu ilə keçirilən imtahan 2 saat müddətində davam edib. 4 sualı yazılı və 30 dəqiqə ərzində 1 sualı şifahi (dissertasiya mövzusuna aid) formada cavablandıran namizədin nəticəsi yüksək balla qiymətləndirilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.