XƏBƏRLƏR Arxiv 691 Çap et
12.12.2022 / Ekspedisiya xəbərləri İnstitut əməkdaşı Zəngilan rayonunda ezamiyətdə olub

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əməkdaşı Zəngilan rayonunda ezamiyyətdə olub.

07 – 09 dekabr 2022-ci il tarixlərində baş tutan ekspedisiyada “Ekotoksikologiya” laboratoriyasının laborantı Sovet Hümbətov Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılmış İşçi Qrupun tərkibində Oxçuçayda fiziki-kimyəvi və bioloji monitorinq işlərinin aparılmasında iştirak edib. Oxçuçay hövzəsində əvvəlcədən təyin olunmuş 5 nöqtədən kompleks elmi-tədqiqat işləri çərçivəsində transsərhəd çirklənmənin qiymətləndirilməsi, torpaq və su ehtiyatlarına təsiri, su və quru canlılarının fizioloji durumunun öyrənilməsi üçün lazımi materiallar əldə edilmişdir. Ağkənd, Bürünlü, Şayfılı, Tağlı, Cahangirbəyli nöqtələrindən cəmi 13 ədəd kiçik şərq suqıjıovçusu balığı tutulmuşdur. Hazırda İşçi qrupunda təmsil olunan Fiziologiya İnstitutuna gətirilən bu materiallar təcrübəyə yararsız olduğundan üzərində hər hansı analizi həyata keçirmək mümkün olmayıb.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.