XƏBƏRLƏR Arxiv 894 Çap et
14.12.2022 / Yeni nəşrlər İnstitut əməkdaşlarının müəllifi olduğu kitab xaricdə çap olundu

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, b.e.d., professor Ulduz Həşimova, "Görmənin və neyrodegenerativ proseslərin fiziologiyası" laboratoriyasının rəhbəri biologiya elmləri doktoru, Elmira Pənahova və həmin laboratoriyanın əməkdaşları b.ü.f.d. Xuraman Miryusifova, Arzu Allahverdiyeva, Nigar Huseynova və Kəmalə Cavadovanın həmmüəllifliyi ilə "ALZHEİMER DİSEASE. Vision. Amygdala. Epilepsy" kitabı dərc olunmuşdur. 214 səhifəlik ingilis dilində Generis nəşriyyatında çap olunan kitabda beynin sensor və emosiogen  strukturları arasında qarşılıqlı əlaqələr müasir ədəbiyyat materialları əsasında geniş təsvir edilib. Həmçinin bu əlaqələrin pozulması ilə yaranan neyrodegenerativ disfunksiyaların erkən proqnozlaşdırılması məqsədi ilə müxtəlif eksperimental modellər üzərində  tədqiqatların nəticələri, neyrodegenerativ dəyişikliklər  zamanı itirilmiş koqnitiv funksiyaların sonrakı bərpasında təbii mənşəli antioksidantların istifdəsi ilə aparılmış eksperimental materialların nəticələri və ədəbiyyat materialları əsasında reabilitasiya mexanizmlərinin geniş izahı təqdim edilmişdir.

Kitab neyrofiziologiya, psixologiya, nevrologiya və oftalmologiya sahəsində mütəxəssislər, universitet və tibb institutlarının tələbələri üçün nəzərdə tutulub.