XƏBƏRLƏR Arxiv 815 Çap et
19.12.2022 / Konfranslar, iclaslar İnstitut əməkdaşları "Tibbi tullantıların idarə olunması" mövzusunda seminarda iştirak edib

16 dekabr 2022-ci il tarixində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında "Sanitariya Epidemoloji Xidmətlər" MMC-nin təşkilatçılığı ilə "Tibbi tullantıların idarə olunması" mövzusunda seminar keçirilib. Qanunvericiliyin və normativ hüququ aktların tələblərinin təşviqi və bu sahəyə cavabdeh tibbi heyətin maariflənməsi məqsədilə təşkil edilən seminarda institutun “Ekotoksikologiya” laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Qriqoriy Palatnikov, tibb üzrə fəlsəfə doktoru Qaysina Aliya, biologiya üzrə fəlsəfə doktoru Səfixanova Xatirə və biologiya üzrə fəlsəfə doktoru Yusifova Sevinc iştirak ediblər.

Seminarı giriş sözü ilə açan "Sanitariya Epidemoloji Xidmətlər" MMC-nin direktoru Fuad Həsənzadə layihə barədə məlumat verib. Daha sonra MMC-nin baş həkimi Elmira Əkbərova isə “Tibbi tullantıların idarə edilməsi predmeti və Nazirlər Kabinetinin 213 nömrəli mahiyyəti və izahı” mövzusunu slaydların nümayişi ilə çıxışı davam etdirib.

Daha sonra “Ekotoksikologiya” laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sevinc Yusifova "Tibbi tullantıların ətraf mühitdə xüsusi təhlükə yaradan çirkləndirici kimi” mövzusunda məruzə edib. S.Yusifova bildirib ki, tibbi tullantılar ümumi çirkləndiricilərin 2-3%-ni təşkil etməsinə baxmayaraq, onlar ətraf mühit üçün daha təhlükəlidir. Belə ki, tibbi tullantılarının tərkibində infeksion xəstəliklərin yaradıcıları, patogen mikroorqanizmlər, zəhərli dərmanlar və həmçinin  radioaktiv maddələr daxildir. Məhz insanların yoluxma, infeksiyaların yayılması və epidemiyaların baş vermə risklərini azaltmaq üçün bütün dünyada onların zərərsizləşdirilməsi məsələsinə çox ciddi yanaşılır.

 O, göstərmişdir ki, bir çox tibb müəssisələrində hələ də sanitar və gigiyenik avadanlıq çatışmamazlığı var, xəstəxanalarda üzvi tullantıları (orqanları, toxumaları) özbaşına basdırır, bunun üçün təchiz olunmayan yerlərdə yandırır və ya təhlükəli tullantıları adi məişət tullantıları ilə qarışdıraraq şəhər zibilliklərinə atırlar.

Təhlükəli tullantılar bərk məişət tullantıları kimi utilizasiya olunduqda və torpağı, suyu və havanı çirkləndirməklə təkcə ətraf mühitə deyil, həm də insanların sağlamlığı üçün böyük təhlükə yaradır. Buna görə də, gələcək nəsilləri bu global problemdən qorumaq üçün tibbi tullantıların düzgün   utilizasiyası barədə indi düşünmək lazımdır, çünki bu problemin qarşısını almaq hələ də gec deyil.

Sonda yekun nitqi söyləyən MMC rəhbəri tədbirə qatılan hər kəsə təşəkkür edib və tədbir iştirakçıları sertifikatla təltif olunub.