XƏBƏRLƏR Arxiv 847 Çap et
22.12.2022 / Ekspedisiya xəbərləri İnstitutun əməkdaşı beynəlxalq forumda iştirak edib

18-21 dekabr 2022-ci il tarixlərində Moskvada "MDB ölkələrinin gənc alimləri – 2022" forumu keçirilib.

Azərbaycan, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və digər ölkələrdən tələbə və aspirantlar, gənc alimlər, elmi-tədris layihə iştirakçılarının qatıldığı forumda Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunu “İnteqrativ fəaliyyətin molekulyar əsasları” laboratoriyasının elmi işçisi Afaq Nurullayeva təmsil edib.  Gənc alim bildirib ki, forumu təşkil etməkdə məqsəd Rusiya və digər MDB ölkələrinin gənc alimlərinin elmi tədqiqat işlərində əməkdaşlıq, informasiya mübadiləsi, onlar arasında fənlərarası elmi əlaqələrin qurulması səviyyəsini artırmaq idi.

Forumda gənc alimin “Serotonin modullu antikonsolidasiya zülalının γ-şüalanmanın yüksək dozalarına qarşı radio-protektor kimi aktivliyinin öyrənilməsi” adlı məruzəsi dinlənilib.

Müasir dövrün ən aktual problemlərindən birinin araşdırılmasından bəhs edən məruzə xüsusi marağa səbəb olub.

Sonda forum iştirakçıları sertifikatla təltif olunub, xatirə şəkil çəkdirilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.