XƏBƏRLƏR Arxiv 501 Çap et
06.01.2023 / Konfranslar, iclaslar İnstitutda 2022/2023-cü tədris ilinin qış imtahan sessiyası başlayıb

Akademik Abdulla Qarayev adına Fiziologiya institutunda 2022/2023-cü tədris ilinin qış imtahan sessiyası başlayıb.

06 yanvar 2023-cü il tarixində “Biologiyanın müasir problemləri” fənnindən ilk imtahan keçirilib.

“İnsan və heyvan fiziologiyası” ixtisaslaşması üzrə hazırlıq keçən 3 magistrant imtahan verib.  

Təhsil şöbəsinin əməkdaşlarının müşahidəçi qismində iştirakı ilə keçirilən imtahanın şəffaf və mövcud qaydalara uyğun təşkil olunması üçün bütün müvafiq tədbirlər həyata keçirilib.

Qeyd edək ki, imtahan sessiyası 27 yanvar 2023-cü il tarixinə kimi davam edəcək.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.